featured-image-79001

Qana millisinin üzvü Tomas Parti dünya çempionatı üçün yollandığı Kanadaya buraxılmayıb.

Msport.az xəbər verir ki, 33 yaşlı futbolçu seksual zorakılıqda ittiham olunur. Londonda Partiyə qarşı 8 ittiham irəli sürüldüyündən Kana ona viza verməkdən imtina edib. Hazırda “Vilyarreal”da forma geyinən yarımmüdafiəçi bütün ittihamları rədd edir, hələ ki məhkəmə prosesi keçirilməyib.

FİFA təşkilatçı ölkələrin miqrasiya məsələlərinə müdaxilə edə bilmədiyini bəyan edib.

Parti Qana millisinin DÇ-2026-da ilk oyununu buraxacaq. Lakin o, 2-ci və 3-cü turlarda komandasına kömək edə biləcək. Çünki bu matçlar Kanadada yox, ABŞ-da keçiriləcək.

 

Bənzər xəbərlər