featured-image-39228

“Neftçi”nin heyətində zədəli futbolçular var.

“Ağ-qaralar”dan Msport.az-a verilən məlumata görə, bərpa prosesini davam etdirən Emil Balayevlə yanaşı, mikro zədəsi olan Qara Qarayev də fərdi məşqlər edir.

Əvəzində Eddi İsrafilov və Andre Şinyaşiki artıq komanda ilə məşqləri bərpa ediblər.

Ötən turda qırmızı vərəqə alaraq meydandan qovulan Yuri Matias da növbəti qarşılaşmada meydana çıxmayacaq.

Qeyd edək ki, “Neftçi” XII turda “Qəbələ”nin qonağı olacaq. Noyabrın 5-də reallaşacaq görüş saat 16:00-da start götürəcək.

Bənzər xəbərlər