Qara Qarayevin yubileyi: Tarixdə 13-cü
Azərbaycan Premyer Liqasının 33-cü turu “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayev üçün əlamətdar olub.
Msport.az xəbər verir ki, 33 yaşlı futbolçu yubiley matçını keçirib.
Belə ki, millimizin sabiq üzvü ölkə çempionatında 350-ci oyununa çıxıb. Bu, “Sabah”la 1:1 hesabı ilə başa çatan qarşılaşmaya təsadüf edib. 2008-ci ildən Azərbaycan çempionatında çıxış edən Qarayev bu müddət ərzində rəqib qapılarından 6 top keçirib.
Təcrübəli futbolçu “Qarabağ”da 305 (5 qol), “Neftçi”də 25 (1 qol), hazırkı komandasında isə 20 matçın iştirakçısı olub.
Qara Qarayev Azərbaycan çempionatları tarixində 350 və ya daha çox oyun keçirən 13-cü futbolçudur.
Ölkə çempionatında ən çox oyun keçirənlər:
1. Rahid Əmirquliyev – 451
2. Mahmud Qurbanov – 421
3. Rəşad Sadiqov – 392
4-5. Asif Məmmədov – 388
Azər Məmmədov – 388
6. Aslan Kərimov – 382
7. Rəşad Abdullayev – 378
8-9. Elvin Məmmədov – 376
Maksim Medvedev – 376
10. Vurğun Hüseynov – 368
11. Aqil Məmmədov – 363
12. İsmayıl Məmmədov – 351
13. Qara Qarayev – 350