featured-image-65240

Azərbaycan Premyer Liqasının 35-ci turunda “Kəpəz”i qəbul edən “Qarabağ” rəqibinin qapısından 3 cavabsız top keçirib – 3:0.

Msport.az xəbər verir ki, bu, Ağdam klubunun Azərbaycan çempionatları tarixində 100-cü böyükhesablı ev qalibiyyəti olub.

“Qarabağ” bununla həm də doğma arenasında böyükhesablı qələbə sayını 100-ə çatdıran ilk komandadır. Bölgə klubu ilk dəfə darmadağına 1992-ci il mayın 6-da Kürdəmirin “Şirvan” komandası ilə matçda sevinib – 6:0.

Ağdamlılar 100 darmadağını ümumilikdə 32 fərqli rəqib üzərində qazanıb. Bu baxımdan “Sumqayıt”la matçlar xüsusi diqqət çəkir. Belə ki, “Qarabağ” 10 dəfə bu rəqibini 3 və ya daha böyük fərqlə üstələyib. “Qəbələ” 9, “Şamaxı” və “Kəpəz” 8, “Neftçi” 7, “Səbail” 6, “Bakı” 5, “Xəzər” (Sumqayıt) 4, “Pambıqçı” (Bərdə), “Şahdağ” (Qusar), “ANS Pivani”, MOİK və “Turan” 3, “Viləş”, “Pambıqçı” (Neftçala), “Bakılı”, “Ədliyyə”, “Rəvan”, “Zirə”, AZAL, “Sabah” və “Turan Tovuz” 2, “Şirvan” (Kürdəmir), “Plastik”, “Daşqın”, “Kürmük”, “Avtomobilçi”, “Azəri”, “Şəmkir”, “Dalğıc ADNŞ”, “Araz-Naxçıvan” və “Xəzər Lənkəran” 1 dəfə böyük hesabla uduzub.

Bənzər xəbərlər