"Qarabağ" 2 legionerlə razılığa gəldi
“Qarabağ” yeni müqavilə ilə bağlı 2 futbolçusu ilə razılığa gəlib.
Msport.az xəbər verir ki, Ağdam təmsilçisi Kevin Medina və Yassin Benzianı komandada saxlamağa nail olub.
Təkliflərə baxmayaraq, legioner futbolçular “köhlən atlar”la müqavilənin müddətini daha 2 mövsüm artıracaqlar.
Xatırladaq ki, hər iki oyunçunun “Qarabağ”la müqavilələri bu il iyunun 30-da bitməlidir.