featured-image-65232

Azərbaycan Premyer Liqasının 35-ci turunda “Kəpəz”lə keçirilən oyun “Qarabağ” üçün ikiqat əlamətdar olub.

Msport.az xəbər verir ki, çempionluq kubokuna qovuşan Ağdam təmsilçisi Gəncə təmsilçisi ilə matçlarda ümumi qol sayını 100-ə çatdırıb.

Həmin topun müəllifi Leandro Andrade olub. “Qarabağ” “Kəpəz”lə 61 görüşdə 102 qol vurub.

1992-ci ildən keçirilən ölkə çempionatlarında 7-ci cütdür ki, komandalardan biri digərinin qapısından 100 və ya daha çox top keçirib. Onlardan 5-i “Qarabağ”ın aktivindədir.

Eyni rəqibə 100 və ya daha çox qol vuranlar:
1. “Qarabağ” – 140 qol (“Neftçi”yə)
2. “Qarabağ” – 126 qol (“Sumqayıt”a)
3. “Neftçi” – 124 (“Şamaxı”ya)
4. “Qarabağ” – 114 (“Şamaxı”ya)
5. “Qarabağ” – 104 (“Qəbələ”yə)
6-7. “Neftçi” – 102 (“Kəpəz”ə)
“Qarabağ” – 102 (“Kəpəz”ə)

Qeyd edək ki, “Qarabağ” – “Kəpəz” oyunu 3:0 hesabı ilə başa çatıb.

Bənzər xəbərlər