Qarabağ”a qarşı çıxış etməyən futbolçulara daha çox oyun vaxtı verdik"
Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk Ukrayna çempionatının 2-ci turunda “Veres” üzərində səfər qələbəsini (2:1) şərh edib.
Msport.az xəbər verir ki, o, “Qarabağ”la görüş barədə fikirlərini bildirib.
– Son vaxtlar komandanız hücumda bir qədər sönük görünür. Bunun səbəbi nədir?
– Hücumda zəif oynadığımızı deməzdim. Sadəcə, qol imkanlarından istifadə edə bilmirik. Görürsünüz ki, müxtəlif futbolçu kombinasiyalarından istifadə edirik. Təəssüf ki, öz qollarımızı vura bilmirik.
Bugünkü oyuna qədər yaxşı müdafiə olunan rəqiblərlə qarşılaşmışdıq. Bu, həm PAOK-a, həm də “Qarabağ”a aiddir. Ona görə də hər şey sizin dediyiniz kimi deyil.
– İndi həftədə iki oyunluq qrafikə keçirsiniz. Bu, komandanın matçlara hazırlığına nə dərəcədə təsir edir? Məşq prosesində nə dəyişir?
– Əlbəttə, əsas məsələ bərpa və növbəti oyuna hazırlıqdır. Komandanı bərpa etməli, qarşıdakı matça hazırlamalı, rəqibi və əvvəlki oyunlardakı öz hərəkətlərimizi təhlil etməliyik. Gördünüz ki, bu gün böyük rotasiya etdik. Konfrans Liqasında “Qarabağ”a qarşı çıxış etməyən futbolçulara daha çox oyun vaxtı verdik. Bu gün onlar daha yaxşı idilər. Amma bir daha vurğulayıram ki, tərəfimizdən çoxlu lazımsız top itkiləri oldu.
– Ardıcıl dördüncü oyundur ki, start heyətində fərqli mərkəz müdafiəçisi cütləri yer alır. Bu, rotasiyadır, yoxsa ideal tandemi axtarırsınız?
– Rotasiyadır. Taras Mixavko ilə Tomaş Kendzyora “Qarabağ”la matçda oynadılar. Bu gün isə Tiare – Bilovar cütünü meydana buraxmaq qərarına gəldik.







