featured-image-7547

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la oyunda fərqlənən “Lex”in hücumçusu Mikael İshak karyerasını Almaniyanın II Bundesliqasında davam etdirə bilər. Msport.az xəbər verir ki, Almaniyanın “Hamburger Morgenpost” qəzeti “Sankt Pauli”nin hücumçu ilə maraqlanmasını yazıb.

“Sankt Pauli” Daniel Koffe Kyere “Frayburq”a, Qvido Burqştaller isə Vyana “Rapid”nə keçdikdən sonra təcili hücumçu  axtarır.

İshakın Bundesliqa təcrübəsi var. O, “Lex”ə gəlməmişdən əvvəl “Köln” və “Nürnberq” klublarında oynayıb.

2020-ci ildən “Lex”in formasını geyinən futbolçunun müqaviləsi gələn ilin iyununa kimi nəzərdə tutulub. O, Poznan klubunda 66 matçda 38 qol vurub.

Bənzər xəbərlər