featured-image-37926

“Nəticə istədiyimiz kimi olmasa da, çox yaxşı oynadıq”

Msport.az xəbər verir ki, bu sözləri “Hekken”in futbolçusu Edvard Çilufya evdə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Yarımmüdafiəçi Ağdam klubuna qarşı yaxşı oynadıqlarını bildirib: “Təbii ki, uduzduğumuz üçün məyusam. Qalib gəlmək imkanımız var idi, lakin hər şey istədiyimiz kimi alınmadı.

Qeyd edək ki, “Hekken” qrupda növbəti oyununu “Molde”yə, “Qarabağ” isə “Bayer”ə qarşı keçirəcək.

Bənzər xəbərlər