"Qarabağ" Avropa Liqasına start verir
“Qarabağ” Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayır.
Msport az xəbər verir ki, Ağdam klubu 1-ci təsnifat mərhələsində İslandiya “Vestri”si ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı Roman Jitar (Moldova) idarə edəcək.
“Vestri” Azərbaycan klublarının rəqibləri arasında yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci liqada yarışır. O, kubokun qalibi qismində ilk dəfə Avropa kuboklara qatılır.
Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar
20:00. “Qarabağ” (Azərbaycan) – “Vestri” (İslandiya)
Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova)
VAR: Luka Çibelli (İsveçrə)
AVAR: Anoen Kanaqasinqam (İsveçrə)







