“Qarabağ” – “Ayntraxt” matçı isveçrəlilərə tapşırıldı
“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda “Ayntraxt”a qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
Msport.az xəbər verir ki, oyuna İsveçrədən olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı Sandro Şarer idarə edəcək. Stefan De Almeyda və Conas Erni baş hakiminin köməkçiləri olacaqlar. Yohannes von Mandaç dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Fedayi San və Lukas Fandrix olacaqlar.
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 21:45-də başlayacaq.







