“Qarabağ” azarkeşlərə müraciət etdi – “Napoli” üçün
“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda səfərdə qarşılaşacağı “Napoli” ilə oyundan öncə azarkeşlərinə müraciət edib.
Msport.az xəbər verir ki, Ağdam təmsilçisindən asılı olmayan səbəblərdən qonaq azarkeşlərə ayrılan vauçerlərin satışı noyabrın 21-dən etibarən dayandırılacaq.
Hazırda “Qarabağ”a dəstək olmaq istəyən azarkeşlər “iTicket.az” portalından onlayın bilet əldə edə bilərlər.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” matçı noyabrın 25-də “Stadio Diego Armando Maradona” stadionunda saat 00:00-da start götürəcək.







