featured-image-63929

“Qarabağ” Azərbaycan Premyer Liqasının son ev oyunlarını “Azersun Arena”da keçirəcək.

Msport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, Ağdam klubu bununla bağlı quruma müraciət edib. Müraciətdə “Azersun Arena”da təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və komandanın son ev matçlarını orada keçirmək istədiyi vurğulanıb. Əsasnamə tələblərinin qorunmasını nəzərə alan PFL bu müraciəti müsbət qarşılayıb.

Beləliklə, “Qarabağ” 33-cü turda “Sumqayıt”ı, 34-cü turda “Araz-Naxçıvan”ı və 35-ci turda “Kəpəz”i “Azersun Arena”da qəbul edəcək.

Bənzər xəbərlər