"Qarabağ" "Bayer"ə ikinci oyunda da uduzdu - YENİLƏNDİ
“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Msport.az, xəbər verir ki, Azərbaycan çempionu H qrupundakı növbəti sınağında Almaniya “Bayer”ini qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yegane qolu 90+4-cü dəqiqədə penaltidən Viktor Bonifeys vurub.
Bu qələbə ilə xallarını 12-yə çatdıran Leverkuzen təmsilçisi 1/8 finala vəsiqəni təmin edib.
Qrupun digər görüşündə “Hekken” İsveçdə Norveç “Molde”sini sınağa çəkəcək.
UEFA Avropa Liqası
H qrupu, IV tur
9 noyabr
21:45. “Qarabağ” (Azərbaycan) – “Bayer” (Almaniya) – 0:1
Qol: Viktor Bonifeys, 90+4 (penalti)
Baş hakim: Kreyq Pouson (İngiltərə)
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu
“Qarabağ”: 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15 Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo Olavio.
“Bayer”: 17. Matey Kovarj, 4. Conatan Tah (k), 3. Pyero İnkape, 2. Yosip Stanisiç, 34. Qranit Caka, 8. Robert Endrix (k), 19. Natan Tella, 20. Alexandro Qrimaldo, 10. Florian Virts, 21. Amine Adli, 22. Viktor Bonifeys.
Qeyd edək ki, “Bayer” və “Qarabağ” arasında Almaniyada keçirilmiş görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.