featured-image-38914

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq.

Msport.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyada “Bayer 04″lə üz-üzə gələcək.

“Bay Arena”da gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Matçın baş hakimi rumıniyalı Horatsiu Fesnik olacaq. H qrupunun digər matçında “Molde” Norveçdə İsveçin “Hakken” komandasını sınağa çəkəcək.

UEFA Avropa Liqası, qrup mərhələsi

III tur

23:00. “Bayer 04” (Almaniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Horatsiu Fesnik (Rumıniya)

Leverkuzen: “Bay Arena”

Qeyd edək ki, “Bayer 04” və “Qarabağ” əvvəlki iki oyunda qələbə qazanıblar və 1-2-ci yerləri bölüşdürürlər. Qrupdakı digər iki kollektivin isə xalı yoxdur.

Bənzər xəbərlər