“Qarabağ” – “Çelsi” matçının biletləri satışa çıxarılır
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun biletləri sabah saat 15:00-dan etibarən satışa çıxarılacaq.
Msport.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletləri aşağldakı qiymətlərdə olacaq:
Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN
VIP sektorlar: 200, 250, 300 və 400 AZN
VVIP sektorlar: 1000 AZN
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.







