"Qarabağ" Çempionlar Liqasının iştirak ərizəsində dəyişiklik etdi
“Qarabağ” UEFA Çempionlar Liqasının oyunları üçün daha bir futbolçunu iştirak ərizəsinə daxil edib. Msport.az xəbər verir ki, Joni Montiel artıq qitənin ən nüfuzlu klub turnirində meydana çıxa bilər.
27 yaşlı yarımmüdafiəçi zədə səbəbindən uzun müddətə sıradan çıxan Kadi Borgesi əvəzləyib.
Avrokuboklarda bir futbolçu ən azı 2 aylıq sıradan çıxsa, onu iştirak ərizəsində başqası əvəzləyə bilər.
Kadi “Çelsi” ilə oyunda ağır zədə aldığından, yayda formada olmadığı üçün siyahıdan kənarda qalmış Montiel əlavə olunub.
Qeyd edək ki, “Qarabağ” noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada “Napoli”nin qonağı olacaq.







