“Qarabağ” CSKA ilə qolsuz bərabərə qaldı
Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” II təsnifat mərhələsində ilk oyuna çıxıb.
Msport.az xəbər verir ki, Ağdam klubu Bolqarıstanın CSKA (Sofiya) komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə başa çatıb.
Komandalar arasında cavab oyunu iyulun 30-da Sofiya şəhərində yerləşən Vasil Levski adına milli stadionda keçiriləcək.







