“Qarabağ”dan 4-cü dəfə eyni göstərici
“Qarabağ” cari mövsüm Azərbaycan Premyer Liqasında qol sayını 60-a çatdırıb.
Msport.az xəbər verir ki, Ağdam təmsilçisi son olaraq XXIV turda “Sabah”la oyunda fərqlənib.
1:1 hesabı ilə yekunlaşan matçda “Qarabağ”ın qolunun müəllifi Abdullah Zubir olub. Bu isə Qurban Qurbanovun yetirmələrinin 60-cı qolu kimi yadda qalıb. Bununla “Qarabağ” öz rekordunu təkrarlayıb. Komanda indiyə qədər 3 dəfə – 2003/04, 2021/22 və 2023/24 mövsümlərində 24-cü turda 60-cı qolunu vurub.
60 qola ən erkən çatmaq baxımından rekordçu “Kəpəz”dir. Gəncə təmsilçisi 1995/96 mövsümündə 17-ci matçında 60-cı qolunu vurub.