“Qarabağ”dan azarkeşlərə çağırış - “Kopenhagen”lə oyunöncəsi
“Qarabağ” Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun oyunundan əvvəl azarkeşlərə müraciət edib.
Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ağdamlılar azarkeşləri stadiona erkən gəlməyə çağırıb.
“Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək. Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qeyd edək ki, qapılar qarşılaşmaya 2 saat (120 dəqiqə) qalmış açılacaq”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” oyunu saat 20:45-də start götürəcək.