featured-image-80132

Qarabağ” bu gün Avropa Liqasında bu mövsüm ilk matçına çıxıb.

Msport.az xəbər verir ki, Ağdam klubu I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubu ilə üz-üzə gəlib.

Komandalar arasındakı ilk oyun Bakıda keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 17-də Reykyavikdə keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi

20:00. “Qarabağ” – “Vestri” 3:0
Qollar: 
Zakaria Savo, 30, Abdullah Zubir, 45+2, Renaldo Sefas, 87
Baş hakim: Roman Jitari (Moldova).
Tofiq Bəhramov adına Respublika stadionu.

Bənzər xəbərlər