featured-image-70941

“Qarabağ”ın sabiq futbolçusu Juninyo Azərbaycandakı günlərini xatırlayıb. Msport.az xəbər verir ki, braziliyalı hücumçu ölkəsinin mətbuatına verdiyi açıqlamada Ağdam klubunda keçirdiyi günlər barədə danışıb:

“Azərbaycana gələndə azarkeşlər və klub nümayəndələri məni çox isti qarşıladılar. Yerli şərait bir qədər fərqli olsa da, görürdüm ki, mənə böyük sevgi var. Baş məşqçi Qurban Qurbanova gəlincə, o, səbrli, qaradinməz adamdır, lakin bütün futbolçularına kömək göstərməyə çalışır. O, oyunçularından maksimumu almaq istəyir. Bilir, kollektivə necə rəhbərlik etmək lazımdır. Təsadüfi deyil ki, 2008-ci ildən uğur qazanır. O, oyunçular qarşısında yüksək tələbər qoyur.

Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə oyunlarımız (2:2, 2:3) yaddaqalan oldu. Bizim üçün bu mərhələyə qədər irəliləmək böyük uğur idi. Çünki buna qədər belə şey olmamışdı. “Bayer”lə oyunlar çox baxımlı alındı, həm evdə, həm də səfərdə. Bu, tarixi oyunlar idi”.

Juninyo “Qarabağ”ın bu mövsüm Çempionlar Liqasındakı çıxışına da toxunub: “Mən “Qarabağ”ın Çempionlar Liqasında əla çıxış edəcəyini gözləyirdim. Onlar bir çox böyük klubları təəccübləndirəcəklər.  Xüsusən də Azərbaycanda. Orada qalib gəlmək asan deyil. Azarkeşlər öz komandalarını inanılmaz tərzdə dəstəkləyirlər. Bu, tamamilə fərqli emosiyalardır. “Qarabağ” evdə çıxış edəndə hiss edir ki, istənilən səviyyəli komandanı məğlub edə bilər”.

 

 

Bənzər xəbərlər