"Qarabağ" İsveçdə "Hekken"ə qalib gəldi
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib.
Msport.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.
Qurban Qurbanovun komandası İsveçin “Hekken” klubunun qonağı olub. Görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Ağdam təmsilçisi qrupda ardıcıl 2-ci qələbəsini qazanıb. Komanda ilk turda Norveç “Molde”sini üstələmişdi (1:0).
H qrupunun digər matçında “Molde” “Bayer”i qəbul edib və 1:2 hesabı ilə uduzub.
UEFA Avropa Liqası, qrup mərhələsi
II tur
H qrupu
23:00.”Hekken” (İsveç) – “Qarabağ” (Azərbaycan) – 0:1
Qol: Juninyo, 70
Baş hakim: Sebastian Qishamer (Avstriya).
Höteborq. “Ullevi” stadionu.
“Hekken”: 26. Peter Abrahamsson, 3. Yohan Hammar, 4. Ayham Usu, 13. Simon Sandberq, 21. Tomas Totlann, 11. Samuel Qustafson, 14. Simon Qustafson, 18. Mikkel Rüqor, 17. Edvard Çilufya, 23. Momodu Sonko, 24. Amor Layuni
Ehtiyat oyunçular: 1. Yohan Brattberq, 30. Sebastian Banojiç, 5. Even Hovland, 8. İshak Abdulrazak, 10. Ali Yussef, 15. Kadir Hodziç, 16. Pontus Dabo, 19. Srcan Xristiç, 22. Tobias Sana, 25. Abdulay Fay, 27. Aman Romeo, 39. İsak Brusberq
Baş məşqçi: Per-Matias Höqme
“Qarabağ”: 99. Andrey Lunyov, 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 18. Juninyo
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov