"Qarabağ" - "Hakken" oyununa nə qədər bilet satılıb?
UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” – “Hakken” (İsveç) oyununa indiyədək satılmış biletlər bəlli olub.
Msport.az xəbər verir ki, hazırda 18700 bilet alınıb.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” matçı saat 21:45-də start götürəcək. Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.







