“Qarabağ”ı İspaniyada neçə azarkeş dəstəkləyəcək?
UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik”lə üz-üzə gələcək “Qarabağ”ın səfər proqramı bəlli olub.
Msport.az xəbər verir ki, komanda bu gün saat 18:00-da çarter reysi ilə İspaniyaya yollanacaq.
Sabah yerli vaxtla saat 18:15-də Qurban Qurbanovun mətbuat konfransı, 18:45-də isə komandanın açıq məşq təşkil olunacaq. Sözügedən qarşılaşma üçün “Qarabağ”a 600 bilet ayrılıb və ilkin olaraq onlardan 400-ə yaxını satılıb.
Qeyd edək ki, oktyabrın 22-də “San Mames” stadionunda keçiriləcək “Atletik” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.