“Qarabağ”ın 3 futbolçusu “Sabah”la oyunu buraxacaq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qarşıdakı matçda neçə futbolçunun xidmətindən istifadə edə bilməyəcəyi bəlli olub.
Msport.az xəbər verir ki, I turdan təxirə salınan, bölgə təmsilçisinin bu gün Masazırda “Sabah”a qarşı keçirəyi görüşü 3 futbolçunun kənardan izləyəcəyi dəqiqdir.
Komandada cəzalı futbolçu yoxdur. Lakin qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Abbas Hüseynov və yarımmüdafiəçi Kadi Borges zədə səbəbindən oynamayacaqlar.
Qeyd edək ki, “Sabah” hazırda 2 xal geri qaldığı “Qarabağ”ı yenəcəyi halda, liderliyə yüksələcək.







