featured-image-70961

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna yekun vurulub.

Msport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə Bilbao “Atletik”i ilə qarşılaşıb.

Ağdam təmsilçisi 1:3 hesabı ilə uduzaraq cari mərhələdə ilk məğlubiyyətini alıb. I turda “Benfika”ya, II turda isə “Kopenhagen”ə qalib gələn Qurban Qurbanovun komandası hazırda sıralamada 6 xalla 13-cüdür.

Qeyd edək ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

Bənzər xəbərlər