“Qarabağ”ın gənclər komandası “Benfika” ilə qarşılaşır
“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında bu gün mübarizəyə başlayacaq.
Msport.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Portuqaliyada “Benfina”nın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Qeyd edək ki, U-19 oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi “Kopengahen”lə qarşılaşacaq.