“Qarabağ”ın gəncləri darmadağınla uduzdu
UEFA Gənclər Liqasında Liqa mərhələsinə start verilib.
Msport.az xəbər verir ki, ağdamlıların U-19 komandası I tur matçına çıxıb.
Rəşad Sadiqovun yetirmələri Portuqaliyada “Benfika”nın qonağı olub. Görüş Lissabon təmsilçisinin təlim-məşq bazasında keçirilib. Qarşılaşma “Benfika”nın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın heyətində yeganə qola 85-ci dəqiqədə Əli Qazibəyov imza atıb.
Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası növbəti oyununu oktyabrın 1-də Bakıda “Kopenhagen”ə qarşı keçirəcək.