featured-image-62887

Azərbaycan Premyer Liqasının XXVII turunda “Kəpəz”lə oyun “Qarabağ”ın kapitanı Abdullah Zubir üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, fransalı yarımmüdafiəçi 0:0 hesabı ilə başa çatan görüşdə Ağdam təmsilçisinin heyətində 300-cü matçını keçirib.

33 yaşlı fransalı 61-ci dəqiqədə meydana daxil olub. O, 300 matçda 66 qola imza atıb. “Qarabağ”ın lideri 2018-19 mövsümündən komandanın şərəfini qoruyur. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı oyununda (1:0) reallaşıb.

Abdullah Zubir geridə qalan 7 ildə 179 (46 qol) çempionat, 23 (5 qol) kubok və 98 (15 qol) avrokubok görüşünə çıxıb.

Bənzər xəbərlər