"Qarabağ"ın oyunçusu bütün həmyerlilərini qabaqladı
“Qarabağ”ın qapıçısı Andrey Lunyov UEFA Avropa Liqasında yeni nailiyyətə imza atıb.
Msport.az xəbər verir ki, 32 yaşlı qolkiper turnirin qrup mərhələsində 6 matçda iştirak edib.
O, dəqiqələrin sayına görə avrokuboklarda çıxış edən digər rusiyalı oyunçulardan üstün olub. Lunyov 6 qarşılaşmada 535 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin VI turunda Bakıda İsveçin “Hakken” klubunu 2:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə bu turnirin pley-offuna vəsiqə qazanıb.







