"Qarabağ"ın polşalı qapıçısı "10"a çatdı
“Qarabağ” Azərbaycan Premyer Liqasının XXXIV turunda doğma meydanda “Araz-Naxçıvan”ı 2 cavabsız qolla məğlub edib.
Msport.az xəbər verir ki, bu qarşılaşmada Ağdam təmsilçisinin qapısını Mateuş Koxalski qoruyub.
Meydana start heyətindı çıxan və sonadək oynayan polşalı qolkiper “çərçivə”ni toxunulmaz saxlayıb. Bununla da Koxalskinin “Qarabağ”da keçirdiyi “quru oyun”ların sayı 10-a çatıb.
Qeyd edək ki, Mateuş Koxalski mövsümün əvvəlində “Qarabağ”la 3+1 illik müqavilə imzalayıb.