"Qarabağ"ın qapıçısı: "Bu, mənim üçün çox da əhəmiyyətli deyil"
“Bu, mənim üçün çox da əhəmiyyətli deyil. Komandanın nəticəsi önəmlidir”.
Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsində qurtarış sayına görə üçüncü pillədə yer alması barədə “Match TV”yə açıqlamasında deyib.
“Bu siyahıya daxil olmaq xoş və əladır. Amma bu, mənim üçün çox şey ifadə etmir. Mən, sadəcə, işimi görməyə çalışıram. Ona görə də burada heç bir super nailiyyət yoxdur”.
Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində Portuqaliya təmsilçisi “Braqa” ilə üz-üzə gələcək.







