featured-image-40278

“Qarabağ”ın oyunçusu Andrey Lunyov Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış qapıçılardandır.

Msport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper 5 matçda 19 dəfə qola mane olub.

O, “Şerif”də çıxış edən həmkarı Maksim Kovalla birlikdə 4-5-ci yerləri bölüşdürür.

“Rakuv”da Vladan Kovaçeviç (25) birinci “Aris”dən Vana (24) ikinci, “Ştrum”dan Kyell Sherpen (20) üçüncü sıradadır.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin V turunda Norveçdə “Molde” ilə heçə-heçə edib – 2:2.

Bənzər xəbərlər