featured-image-39418

Rusiya millisinin Kuba ilə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.

Msport.az xəbər verir ki, baş məşqçi Valeri Karpin 29 futbolçuya dəvət göndərib.

Onların arasında “Qarabağ” klubunun qapıçısı Andrey Lunyov da var.

32 yaşlı qolkiper Rusiya yığmasına sonuncu dəfə 2021-ci ildə dəvət alsa da, ehtiyatda qalıb.

Qeyd edək ki, Rusiya – Kuba görüşü noyabrın 20-də keçiriləcək.

Bənzər xəbərlər