“Qarabağ”ın rəqibi aparıcı futbolçusunu itirdi
“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi “Çelsi”nin aparıcı futbolçularından Koul Palmer zədələnib.
Msport.az xəbər verir ki, bu barədə 23 yaşlı yarımmüdafiəçinin meneceri sosial şəbəkə hesabında yazıb.
O, Premyer Liqanın V turunda “Mançester Yunayted”lə matçda zədə alıb. Palmer 3 həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də keçiriləcək.