featured-image-8121

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Sürix” iki futbolçusunu icarəyə verir. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  20 yaşlı Silvan Vallner daha çox oyun təcrübəsi qazanmaq üçün karyerasını “Vil” komandasında davam etdirəcək.

Bundan başqa, “Sürix” Nils Rayxmutla müqavilə müddətini 2025-ci ilədək uzadıb və futbolçunu “Vil” klubuna icarəyə göndərib.

Qeyd edək ki, Vallner 2013-cü ildən paytaxt klubunun heyətində çıxış edir. İsveçrənin 21 yaşlılardan ibarət milli komandasının üzvü 7 il “Sürix” akademiyasında olduqdan sonra 2020-ci ildə ilk peşəkar müqaviləsini bağlayıb. O vaxtdan 26 oyunda meydana çıxan müdafiəçi 1 məhsuldar ötürmə verib.

20 yaşlı Rayxmut da “Sürix”də ilk peşəkar müqaviləyə 2020-ci ildə imza atıb. O, “Sürix”in heyətində yalnız 6 oyunda forma geyinib.

Bənzər xəbərlər