“Qarabağ”ın rəqibi ulduz futbolçunu transfer etdi
“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi “Atletik” yeni transfer edib.
Msport.az xəbər verir ki, Bilbao kollektivi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının futbolçusu Aymerik Laporte ilə anlaşıb.
Müdafiəçinin müqaviləsinin müddəti barədə məlumat verilməyib. Laporte 2011-ci ildən 2018-ci ilə kimi “Atletik”də çıxış edib. O, “Əl-Nəsr”in heyətində meydana çıxdığı 27 oyunda 4 dəfə fərqlənməyi bacarıb.
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin III turunun “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də keçiriləcək.