featured-image-70975

UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”la üz-üzə gələcək “Ayaks” 67 ildən sonra antirekordunu təkrarlayıb.

Msport.az xəbər verir ki, bu, Niderland təmsilçisinin İngiltərədə “Çelsi”yə uduzduğu oyunda (1:5) gerçəkləşib.

Komanda 1958-ci ilin fevralından bu vaxtadək ilk dəfə bu turnirdə matçın ilk hissəsində dörd qol buraxıb. Sonuncu belə hadisə 67 il əvvəl Macarıstanın “Vaşaş” komandası ilə Çempionlar Kubokunda (hazırkı Çempionlar Liqası) baş verib.

Qeyd edək ki, “Qarabağ” “Ayaks”la dekabrın 10-da Bakıda üz-üzə gələcək.

Bənzər xəbərlər