“Qarabağ”ın rəqibinin baş məşqçisi fərqləndirildi
“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi “Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşısı seçilib.
Msport.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
Komanda onun rəhbərliyi altında avqustda “Bornmut”, “Nyukasl” və “Arsenal”ı məğlub edib. Mütəxəssis bu mükafatı sonuncu dəfə 2024-cü ilin noyabrında qazanmışdı.
Qeyd edək ki, “Qarabağ” “Liverpul”la UEFA Çempionlar Liqasının VIII turunda İngiltərədə üz-üzə gələcək. Görüş saat 00:00-da start götürəcək.