“Qarabağ”ın rəqibinin qorxusu: 5-li müdafiə
UEFA Çempionlar Liqasının IV turunda “Qarabağ”la qarşılaşacaq “Çelsi”nin baş məşqçisi Enzo Mareska etiraf edib ki, rəqiblərin beşli müdafiə ilə oynaması onlara çətinlik yaradır.
Msport.az xəbər verir ki, o, futbolçularına belə düzülüşlə oynayan komandalarla matçda performanslarını yaxşılaşdırmağı tövsiyə edib.
Çalışdırıcı Premyer Liqanın IX turunda evdə “Sanderlend”ə 1:2 hesabı ilə uduzduqları görüşdə bu problemlə üzləşdiklərini etiraf edib: “Bu cür sistem dəyişiklikləri futbolçular üçün çox çətindir və “Çelsi”nin belə vəziyyətlərə daha çevik reaksiya verməyi öyrənməsi vacibdir”.
Qeyd edək ki, “Çelsi” ilə “Qarabağ” arasında oyun noyabrın 5-də Bakıda keçiriləcək.








