“Qarabağ”ın rəqiblərindən fərqli nəticələr
Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibindən 5-i ölkə çempionatında növbəti matçını keçirib.
Msport.az xəbər verir ki, “Kopenhagen” Danimarka çempionatının 8-ci turunda “Bröndbü”nün qonağı olub.
Matç “Kopenhagen”in 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandanın heyətində yeganə qolu Mohamed Elyounoussi vurub.
“Atletik” də turu xalsız başa vurub. Bask təmsilçisi La Liqanın dördüncü turunda öz meydanında “Alaves”ə uduzub – 0:1.
“Napoli” üçün bu tur uğurlu alınıb. Neapol təmsilçisi İtaliya A seriyasının III turunda səfərdə “Fiorentina”dan üstün olub – 3:1. Komandanın heyətində Kevin de Bruyne, Rasmus Hoylund və Sam Beukema fərqlənib.
“Ayaks” da turu 3:1 hesablı qələbə ilə tamamlayıb. Amsterdam klubu Niderland çempionatının 5-ci turunda “Zvolle”dən üstün olub. “Ayaks”a qələbə gətirən qolları Devi Klaassen və Mika Qodts (2 qol) vurublar.
“Qarabağ”ın 5 rəqibindən yalnız “Çelsi” turu heç-heçə ilə başa vurub. Premyer Liqanın IV turu çərçivəsində səfərdə “Brentford”un qonağı olan “zədaganlar” meydandan 2:2 hesablı bərabərliklə ayrılıblar. “Çelsi”nin heyətində Kol Palmer və Moizes Keysedo fərqlənib.