“Qarabağ”ın sabiq futbolçusu istefa verdi
Muarem Muarem Şimali Makedoniyanın “Başkimi” komandasının baş məşqçisi vəzifəsindən istefa verib.
Msport.az xəbər verir ki, bu barədə 37 yaşlı mütəxəssis sosial şəbəkə hesabında paylaşım edib.
O, Premyer Liqanın 11-cu turunda “FK Makedoniya Gjorce Petrov”la oyundan (1:1) sonra köməkçiləri ilə birgə vəzifəsini tərk etdiyini açıqlayıb. “Başkimi” hazırda 11 oyundan 19 xalla 21 komanda arasında 5-ci yeri tutur. M.Muarem bu komandaya 2025-ci ilin iyununda baş məşqçi təyin edilmişdi.
Qeyd edək ki, Muarem Muarem “Qarabağ”ın tanınmış futbolçularından olub. O, müxtəlif vaxtlarda 2 dəfə (2012-15 və 2016-17-ci ilərdə) Ağdam klubunda oynayıb.







