"Qarabağ"ın sabiq futbolçusunda zədə problemi
Fransanın “Sent-Etyen” klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji problemlə üzləşib
Msport.az “Butfootballclub” nəşrinə istinadən xəbər verir ki, avqustun 12-də “Rodez”ə 2:1 hesabı ilə qalib gəldikləri Liqa 2-nin oyununda zədələnən 28 yaşlı hücumçu hələ də zədəsini sağalda bilmir
Onun dekabrın ortalarında yaşıl meydanlara qayıda biləcəyi ehtimal olunur. Daha əvvəl seneqallı forvardın oktyabrın sonlarında sıraya dönəcəyi gözlənilirdi.
Qeyd edək ki, İbrahima Vadji 2021/2022 mövsümündə “Qarabağ”ın formasını geyinib və komanda ilə Azərbaycan çempionu olub.







