featured-image-62924

Ötən mövsümün sonunda “Qarabağ”dan ayrılaraq Yunanıstanın “Panserraikos” komandasına keçən gürcüstanlı qapıçı Luka Quqeşaşvili yayda klubunu dəyişəcək.

Msport.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper PAOK-la 3 illik müqavilə imzalayıb.

Saloniki təmsilçisi bu keçid üçün qarşı tərəfə 1 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək “Qarabağ”da çıxış edib.

Bənzər xəbərlər