“Qarabağ” İtaliyada dəstəksiz qalmayacaq
“Qarabağ”ı İtaliyada “Napoli”yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda 1000-dən çox azarkeş dəstəkləyəcək.
Msport.az xəbər verir ki, bu barədə Ağdam klubundan məlumat verilib.
Bildirilib ki, “Napoli”yə qarşı matçda tribunada 1100 azərbaycanlı fanat olacaq”.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” matçı sabah “Dieqo Armando Maradona” stadionunda keçiriləcək.







