"Qarabağ" Kamilo Duranın transferini açıqladı - RƏSMİ
“Qarabağ” Kamilo Duranın ayrılığını açıqlayıb.
Msport.az xəbər verir ki, Ağdam klubu hücumçunun transferi ilə bağlı Şotlandiyanın “Seltik” klubunun təklifini və kolumbiyalı hücumçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.
Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.
2025-ci ilin yayından “Qarabağ”ın formasını geyinən 24 yaşlı futbolçu 45 oyunda 15 qol vurub. O, “Qarabağ”la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.







