featured-image-39290

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, günün ikinci görüşündə “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edib.

“Kapital Bank Arena”dakı qarşılaşma “gənclik şəhəri” təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 15-ci dəqiqədə Rövlan Muradov, 69-cu dəqiqədə Roi Kehat vurub.

Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran “Sumqayıt” beşinci pilləyə yüksəlib. Naxçıvan təmsilçisi 20 xalla 4-cüdür.

Qeyd edək ki, günün ilk matçında “Qarabağ” “Kəpəz”i 7:1 hesabı ilə məğlub edib. “Qəbələ” – “Neftçi” və “Sabah” – “Zirə” oyunları noyabrın 5-də gerçəkləşəcək.

Ötən gün “Səbail” evdə “Turan Tovuz”u 2:1 hesabı ilə üstələyib.

______________________

Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, günün ilk matçında “Qarabağ” “Kəpəz”i qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Köhlən atlar”ın qollarını 2, 15 və 43-cü dəqiqələrdə Yassin Benzia, 13-cü və 51-ci dəqiqədə Leandro Andrade, 37-ci dəqiqədə Olavio Juninyo, 63-cü dəqiqədə Nəriman Axundzadə vurub. Qonaqların heyətində isə 18-ci dəqiqədə Adama Niane fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran “Qarabağ” liderliyə yüksəlib. “Kəpəz” 6 xalla sonuncudur.

Qeyd edək ki, günün digər görüşündə “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Qəbələ” – “Neftçi” və “Sabah” – “Zirə” oyunları isə noyabrın 5-də gerçəkləşəcək.

Ötən gün “Səbail” evdə “Turan Tovuz”u 2:1 hesabı ilə üstələyib.

_____________________________

Azərbaycan Premyer Liqasında XII turun növbəti iki oyunu baş tutacaq.

Msport.az xəbər verir ki, ilk olaraq son çempion “Qarabağ” “Kəpəz”i sınağa çəkəcək.

Tofiq Bəhramov adına Respublika Stadionundakı matç saat 16:00-da start götürəcək. “Köhlən atlar” 20 xalla üçüncü, qonaqlar 6 xalla sonuncu pillədədirlər.

Günün digər görüşündə “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək. Qarşılaşma saat 18:00-da olacaq. “Gənclik şəhəri” təmsilçisi 15 xalla yeddinci, Naxçıvan klubu 20 xalla dördüncü sıradadır.

Azərbaycan Premyer Liqası, XII tur

16:00. “Qarabağ” – “Kəpəz” 7:1
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tofiq Bəhramov adına Respublika Stadionu

18:00. “Sumqayıt” – “Araz-Naxçıvan” 2:0
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Kapital Bank Arena”

Qeyd edək ki, turun “Qəbələ” – “Neftçi” və “Sabah” – “Zirə” oyunları noyabrın 5-də gerçəkləşəcək. Ötən gün “Səbail” evdə “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib

Bənzər xəbərlər