featured-image-61791

AFFA martın 15-də Tovuzda Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcəyindən, həmin gün Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmalı olan “Qarabağ” – “Kəpəz” matçının yerinin dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib.

Msport.az xəbər verir ki, PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq təqvimdə dəyişiklik edib.

Belə ki, XXVIII turun “Qarabağ” – “Kəpəz” oyunu ilə XXXV turun “Kəpəz” – “Qarabağ” görüşünün yeri dəyişdirilib. Qarşılaşma saat 17:00-da start götürəcək.

Bənzər xəbərlər