featured-image-75202

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıda keçirilən oyun “Nyukasl” üçün əlamətdar olub.

Msport.az xəbər verir ki İngiltərə təmsilçisi turnirin pley-off mərhələsi tarixində fasiləyə beş və ya daha çox top fərqi ilə üstün yollanan ikinci komanda olub.

Daha əvvəl buna yalnız “Bavariya” nail olmuşdu. 2015-ci ilin aprelində “Portu” ilə keçirilən 1/4 final oyununda ilk hissə 5:0 hesabı ilə başa çatmışdı. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın da fasiləsinə qonaqlar 5 cavabsız qolla yollanıblar.

Bundan başqa, “Nyukasl” daha bir rekorda imza atıb. Komanda ilk hissədə 4,5 gözlənilən qol göstəricisi yaradaraq, Çempionlar Liqası tarixində bu baxımdan ən yüksək nəticəni göstərib.

Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” oyunu qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı fevralın 24-də Nyukaslda keçiriləcək.

Bənzər xəbərlər